Ali Məqamlı Rəhbər: Kimin zəiflədiyini gələcək göstərəcək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün özəl sektorun bir sıra iqtisadi fəalları və istehsalçıları ilə görüşdə ölkənin zəiflədiyinə dair iddiaları düşmənin illüziyası və xəyalları adlandırıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu görüşdə İranın zəiflədiyinə dair iddialara toxunaraq, buyurublar:
"kimin zəiflədiyini gələcək göstərəcək. Səddam da İranın zəiflədiyini təsəvvür edərək, hücuma başladı. Reyqan da İranın zəiflədiyinə inanaraq Səddam rejiminə yardım etdi. Amma sonda bu ikisi və onlarla digər xülyaçı cəhənnəmə getdilər və İran İslam Respublikası günü-gündən daha da inkişaf etdi və Allahın fəzli ilə bu təcrübə yənə də təkrarlanacaq".
Həzrət Ayətullahul Uzma Xamenei BRİKS kimi forumlarda iştirakı mühüm hesab ediblər və İranın diplomatik rəsmilərinin bu böyük fürsətdən maksimum yararlanmaq üçün fəaliyyətlərinin zəruriliyini qeyd edərək, əlavə ediblər: "Üzv dövlətlər arasında maliyyə mübadiləsini mümkün edən BRİKS maliyyə sistemi böyük potensialdır".
O Həzrət, dolların ticarət əməliyyatlarından mümkün qədər çıxarılmasını zəruri hesab edərək, buyurublar:
"İran İslam Respublikası prezidentinin də arxasınca olduğu iş böyük və mühüm işdir və iqtisadi müharibədə çox qəti və həlledici addımdır. İranın Mərkəzi Bankı digər valyutaların yerləşdirilməsi üçün zəmin yaratmalıdır. Əlbəttə bu tədbirin görülməsi reaksiyalara səbəb olacaq, lakin ölkəni daha da gücləndirəcək".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri söhbətlərinin başqa hissəsində atəşkəsi və Qəzzənin qələbəsi müqavimətin yaşadığına və yaşayacağına dair proqnozun gerçəkləşməsinin bariz nümunəsi adlandırıblar və qeyd ediblər ki, dünya gözü qarşısında baş verənlər əfsanəyə bənzəyir. Amerika kimi nəhəng bir döyüş maşını humanitar anlayışlara etina etmədən sionist rejim kimi zalım və qaniçən bir rejimə bunker qıran bombalar verir
See insights
Boost a post
Like
Comment
Send
Share