İrəvani: İsrailin əsassız iddiaları Livanla atəşkəs razılaşmasına açıq-aşkar etinasızlıqdır
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə ünvanladığı məktubda sionist rejimin İran İslam Respublikasına qarşı iddialarını əsassız adlandırıb.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə ünvanladığı məktubda İranın Livana qaçaqmalçılıq yolu ilə silah gətirilməsi ilə bağlı iddiaları rəddə edərək, yazıb: "Bu iddialar İsrail rejiminin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini dəfələrlə pozmasına və Livanla atəşkəs razılaşmalarına açıq-aşkar məhəl qoymamasına haqq qazandırmaq üçün sadəcə bəhanədir".
İrəvani sionist rejimin müəyyən edilmiş tələblərə uyğun olaraq, 60 günlük atəşkəs müddətindən sonra Livanın cənubundan çəkilmə öhdəliklərinə əməl etmək niyyətində olmadığını bəyan edərək, əlavə edib: "Sionist rejim Livan ərazilərini qeyri-qanuni işğal etməsini qanuni göstərmək üçün belə əsassız ittihamlar irəli sürür".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb: "Təhlükəsizlik Şurası sionist rejimi atəşkəs razılaşmaları və 1701 saylı qətnamə çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirməyə, Livanın suverenliyini və ərazi bütövlüyünü pozmasını dərhal dayandırmağa və qoşunlarını dərhal Livanın cənubundan çıxarmağa məcbur etməlidir. Qətiyyətli addımların atılmaması rejimi yalnız növbəti pozuntular törətməyə cəsarətləndirəcək və regionda sülh və təhlükəsizliyə təhlükə yaradacaq".
İrəvani, həmçinin ABŞ və İngiltərə nümayəndələri tərəfindən İrana qarşı oxşar və əsassız ittihamları rəddə edərək, qeyd edib ki, regiondakı dağıdıcı və sabitliyi pozan fəaliyyətlərin İran İslam Respublikasına mənsub edilməsi tamamilə əsassızdır və etibardan məhrumdur və diqqətləri yayındırmaq və İsrail rejiminin Qəzzədə fələstinlilərə qarşı törətdiyi soyqırım və müharibə cinayətlərində müttəhimlərin birbaşa iştirakını gizlətmək üçün qəsdən edilən və planlaşdırılmış cəhddir".
"İran İslam Respublikasının regiondakı prinsipial mövqeyi işğalçılığa son qoymağa ədalətli və davamlı sülhün bərqərar edilməsinə və Fələstin xalqının beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsinə əsaslanır", - deyə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib.