Yan 25, 2025 14:04 Asia/Baku
  • “Onların istefası Qəzzədəki məğlubiyyətlərinin açıq nişanəsidir”

İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepahın Baş Komandanı general- leytenant Hüseyin Səlami, Qəzzə müharibəsinin bitməsindən sonra sionist hərbi rəsmilərinin istefasını, onların Qəzzə müharibəsindəki açıq məğlubiyyətlərinin bariz bir göstəricisi olaraq xarakterizə edib.

General Səlami ABŞ, İsrail və Britaniyanın bir araya gələrək müdafiəsizbir xalqı sıxmağa çalışdığını, lakin Fələstin xalqının böyük birmüqavimətlə ayaqda qaldığını və zəfər qazandığını bildirib.O qeyd edib: “Düşmən qarşısında heç vaxt geri çəkilmədik, heç birnöqtədə güzəştə getmədik və onun hərbi təhdidlərindən qorxmadıq.Son hadisələr isə qanla qılıncın qarşısında qalib gəldiyini göstərdi vəFələstin xalqı, sionistlərə qarşı zəfər qazandı.