Əraqçi: Netanyahunun kobud bəyanatları bölgədə sülh və təhlükəsizliyə təhdiddir.
Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri sionist rejimin baş naziri Benyamin Netanyahunun Ərəbistan ərazisində Fələstin dövlətinin qurulması ilə bağlı kobud bəyanatlarına işarə edərək, bu bəyanatların işğalçı rejimin misilsiz tüğyanı və bölgə sülhü və təhlükəsizliyinə təhdid olduğunu deyib.
Seyid Abbas Əraqçi bölgədəki dəyişikliklər, xüsusən də işğal olunmuş Fələstin və Qəzza ilə bağlı müzakirələrinə davam edərək, Səudiyyə Ərəbistanının xarici işlər naziri Əmir Fəysal bin Fərhan danışıqlar aparıb.Əraqçi, Amerika-Sionist layihəsinin Qəzzə xalqını zorla köçürmə və onları digər ölkələrə didərgin salma layihəsinin, Fələstinin ölkə kimi ləğvinin tamamlama planı olduğunu ifadə edərək, bu cinayətə qarşı qətiyyətli beynəlxalq tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.Səudiyyə Ərəbistanının xarici işlər naziri də öz ölkəsinin Qəzzə xalqının digər ölkələrə zorla köçürülməsi planına qətiyyətli qarşı çıxma mövqeyini vurğulayıb və İranın bu cinayətə qarşı vahid mövqenin açıqlanması üçün İslam Əməkdaşlıq Təşkilatının nazirlər iclasının keçirilməsi təklifini dəstəklədiyini bildirib.