Fev 12, 2025 14:18 Asia/Baku
  • İranın müdafiə gücü dillərdə dastandır

İnqilab Rəhbəri bu gün ölkənin müdafiə sənayesi alimləri və mütəxəssislərinin ən son nailiyyətlərini və bacarıqlarını nümayiş etdirən "2025 İqtidar" adlı sərgisini bir saat müddətində ziyarət edib. Bu sərgidə hava müdafiəsi, ballistik və qanadlı raketlər, süni intellekt sursatları, kosmik, PUA-lar, dəniz gəmiləri və enerji sahələrində istifadə edilən qabaqcıl avadanlıqlar və yeni texnologiyalar nümayiş etdirildi."

İnqilab Rəhbəri ölkənin müdafiə sənayesi alimlərinin və mütəxəssislərinin son nailiyyətləri və bacarıqlarının nümayiş olunduğu sərgidəki çıxışında:Bu gün İranın müdafiə gücü dillərdə dastandır, dostlar bununla qürur duyur, düşmənlər bundan narahatdır.Bu sərgi ölkənin müdafiəsi ilə bağlı məsələlərdə həyata keçirilən böyük fədakarlıqların bir hissəsini nümayiş etdirdi. Müdafiə ilə bağlı təşkilatlarda, o cümlədən sənaye təşkilatlarında və digər qurumlarda çalışan hər birinizin bu sərginin ərsəyə gəlməsində payı var, hamınız buna şəriksiniz. Hər birinizə dərin minnətdarlığımızı bildiririk və İran xalqı da sizlərə təşəkkür etməlidir.

Xalqın müdafiəsi, təhlükəsizliyin müdafiəsi kiçik bir məsələ deyil. Bu gün ölkəmizin, İranın müdafiə gücü dillərdə dastandır. İranın dostları bu müdafiə gücü ilə qürur duyur və İranın düşmənləri bundan qorxurlar. Bu bir xalq, bir ölkə üçün çox mühümdür.