Fev 19, 2025 16:25 Asia/Baku
  • III Xəzər İqtisadi Forumunun yekun birgə bəyanatı

Üçüncü Xəzər İqtisadi Konfransında iştirak edən baş nazirlər və yüksək səviyyəli rəsmilər yekun bəyanatında əməkdaşlığın dərinləşdirilməsini, iqtisadi mübadilələrin və qarşılıqlı investisiyaların artırılmasını vurğulayıblar.

Üçüncü Xəzər İqtisadi Konfransında iştirak edən ölkələrin baş nazirləri və yüksək vəzifəli şəxsləri görüşlərinin sonunda qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi mübadilələrin həcminin artırılması və birgə sərmayələrin təşviqi ilə yanaşı, Xəzər dənizində suyunun səviyyəsinin azalmasının səbəbləri ilə bağlı birgə elmi tədqiqatların və araşdırmaların gücləndirilməsini vacibliyini vurğuladılar. Yekun bəyanatın mətnində deyilir:

3-cü Xəzəryanı Ölkələrin İqtisadi Konfransı Azərbaycan Respublikasının baş naziri cənab Əli Əsədovun, İran İslam Respublikasının birinci vitse-prezidenti cənab Məhəmməd Rza Arifin, Qazaxıstan Respublikasının baş naziri cənab Oljas Bektenovun, Rusiya Federasiyasının baş nazirinin müavini cənab Aleksey Overçukun və Türkmənistanın baş nazirinin müavini Hojamyrat Geldimyradovun iştirakı ilə 17-18 fevral 2025-ci il tarixlərində İran İslam Respublikasında keçirildi. Dostluq və anlaşma şəraitində keçən bu iclasda nümayəndə heyətlərinin rəhbərləri Xəzər dənizində beştərəfli iqtisadi və ticarət əməkdaşlığının geniş spektrini nəzərdən keçirdilər.Nümayəndə heyətlərinin başçıları iqtisadi və ticarət əməkdaşlığının perspektivlərini əla  qiymətləndirib, qarşılıqlı maraqlar əsasında tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq ediblər. 

Onlar həmçinin ticarət mübadilələrinin və birgə investisiyaların həcmini artırmaq üçün Xəzəryanı dövlətlər arasında qarşılıqlı əlaqəni genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.Nümayəndə heyətlərinin başçıları Xəzəryanı ölkələrin dövlət başçılarının sammitlərinin qərarlarına sadiq olduqlarını təsdiq ediblər.Həmçinin sahilyanı dövlətlər arasında səmərəli əməkdaşlığa dair dialoq platforması kimi Xəzər İqtisadi Konfransının keçirilməsinin vacibliyi vurğulanıb.Nümayəndə heyətlərinin başçıları İranın 2025-ci ilin sonuna kimi iqtisadi, ticarət və nəqliyyat sektorları nazirlərinin iclasının İranda keçirilməsi təklifini alqışlayıblar.Nümayəndə heyətlərinin rəhbərləri Xəzər dənizinin suyunun səviyyəsinin azalmasının dağıdıcı təsirlərindən narahat olduqlarını bildirmiş, bu azalmanın səbəblərinin öyrənilməsi üçün elmi araşdırmaların və birgə tədqiqatların gücləndirilməsinin vacibliyini qeyd etmişlər. 

Həmçinin ekspert qrupunun yaradılması və ilk iclasının keçirilməsinə hazırlıq çərçivəsində Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinin öyrənilməsinə dair Azərbaycan Respublikası tərəfindən hazırlanmış konseptual sənəd layihəsinə təcili yenidən baxılmasının zəruriliyi vurğulanıb.Türkmənistanın təşəbbüsü ilə imzalanmış Xəzər dənizinin sahilyanı dövlətləri arasında elmi-tədqiqat əməkdaşlığı haqqında sazişin başa çatdırılmasının vacibliyi də vurğulanıb.Nümayəndə heyətlərinin başçıları Xəzəryanı dövlətlər arasında neft, qaz və elektrik enerjisi, o cümlədən bərpa olunan enerjilər sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladılar və bu sahədə işi davam etdirməyə hazır olduqlarını bildirdilər.

Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin və Xəzər dənizi sahili ölkələrində müvafiq turizm infrastrukturunun və əlverişli şəraitin yaradılması ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.Nümayəndə heyətlərinin rəhbərləri nəqliyyat və logistika infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.Sonda nümayəndə heyətlərinin başçıları Üçüncü Xəzər İqtisadi Konfransının yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə İran İslam Respublikasına minnətdarlıqlarını bildiriblər.Onlar həmçinin Tacikistan Respublikasının baş naziri cənab Koxir Rəsulzodanın konfransın fəxri qonağı kimi iştirakını alqışladılar.

IV Xəzər İqtisadi Konfransının tarixi və yeri diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.