Fev 19, 2025 18:28 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Qətər əmirini qəbul edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Tehranda rəsmi səfərdə olan Qətər Əmirini və onu müşayiət edən nümayəndə heyətini qəbul ediblər.

ətər əmiri Şeyx Təmim Bin Həməd Ali Sani bu gün səhər İran rəsmiləri ilə görüşmək üçün Tehrana rəsmi səfərə gəlib və onu Mehrabad hava limanında İranın energetika naziri Abbas Əliabadi tərəfindən qarşılanıb.

Daha sonra Qətər əmirinin Sədabad tarixi-mədəniyyət kompleksində prezident Məsud Pezeşkian tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. 

Rəsmi qəbul mərasimindən sonra prezident Pezeşkian ilə Qətər əmirinin təkbətək görüşü olub.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında prezident Məsud Pezeşkian vurğulayıb ki, qardaş və dost Qətərin İran İslam Respublikasının xarici siyasətində xüsusi yeri var.

Prezident Pezeşkian daha sonra deyib: İran İslam Respublikası inanır ki, region ölkələri mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv qarşılıqlı fəaliyyət siyasəti əsasında regionun sabitliyi və təhlükəsizliyinin qorunmasına doğru irəliləməyə və birgə əməkdaşlığa yol açmağa qadirdir.

O, əlavə edib: "Görüş zamanı Suriya ərazilərinin birliyi və suverenliyinin qorunması və bütün Suriya xalqının öz müqəddəratının müəyyən edilməsində iştirakına xüsusi diqqət yetirilib, Qətər tərəfinin Qəzzədə atəşkəsin əldə edilməsi və məzlum fələstinli məhbusların azad edilməsi üçün göstərdiyi vasitəçilik səylərinə görə təşəkkür və minnətdarlığımı bildirməliyəm. 

Qətər Əmiri də öz növbəsində Tehrana səfərindən məmnunluğunu ifadə edərək, bildirib ki, bu gün prezident Pezeşkianla iki ölkə arasında əməkdaşlıq sahələri ilə bağlı danışıqlar aparıb və onlar ikitərəfli əməkdaşlıq üçün, xüsusən də ticarət və iqtisadi sahədə daha çox imkanların yaradılmasının vacibliyini vurğulayıblar.

O əlavə edib ki, biz regionumuzun keçdiyi çətin şəraiti, regional və beynəlxalq problemləri və birgə maraq doğuran məsələləri də müzakirə etdik.

Qətər əmiri vurğulayıb: "Biz razılaşdıq ki, hazırda mövcud olan münaqişələrin həlli üçün ən yaxşı variant konstruktiv dialoqdur".

Birgə mətbuat konfransının başqa bir hissəsində Qətər Əmiri Fələstin məsələsinin nəzərdən keçirildiyini bəyan edərək, deyib: "Hesab edirik ki, tərəflər razılaşmanın mərhələlərini həyata keçirməlidirlər, eləcə də Qəzzədəki qardaşlarımıza humanitar yardımların çatdırılması zəruridir".