Fev 21, 2025 17:14 Asia/Baku
  • İran dünyada əsas atom elektrik stansiyası qurucularından biridir

Məhəmməd İslami Karun Atom Elektrik Stansiyasında keçirilmiş Şəhid Xərazinin xatirə mərasimində şəhidlərin xatirəsini yad edərək və İran İslam Respublikasının qüruru naminə onların yolunu davam etdirməyin vacibliyini vurğulayaraq deyib: Dünyanın imperialist ölkələri bizimlə mübarizə aparmaq istəyərkən yaxşı bilirlər ki, şəhidlərimizin yolu hələ də davam edir və bu yolda çətinliklərə və sanksiyalara baxmayaraq dayanmırıq.

O əlavə edib: Düşmənlər ədalətsiz sanksiyalar tətbiq edərək işlərinə başladılar ki, iqtisadi təzyiqlərlə ölkəmizi və xalqımızı ümidsizləşdirsinlər, amma İran xalqı müqavimətlə yolunu tapdı və bugün müxtəlif sahələrdə davamlı qələbələrə şahid oluruq.İran Atom Enerjisi Təşkilatının sədri əlavə edib ki, Bütün dünya bilir ki, İran atom elektrik stansiyası qurma elmini əldə etməkdədir və biz məqsədlərimizə çatmaq üçün düşmənlərin sanksiya və təzyiqlərinə əhəmiyyət vermirik və bu məqsədə çatmaq üçün müəyyən etdiyimiz yolu davam edəcəyik.O, Ali Rəhbərin İranın da dünyada atom elektrik stansiyası qurucuları arasında olmasının vacibliyini vurğulamasına toxunaraq əlavə edib: Biz bu elmin dünyadakı əsas oyunçularından biriyik və düşmənlər bu böyük uğuru görməzdən gəlir, bu elm tibb və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə təsir göstərir ki, buna İranın cənub-qərb regionunda, Əhvazda şüa prosesi mərkəzinin açılışını misal göstərmək olar.İslami sonda: Düşmənlər bilsinlər ki, alimlərin qətli və İrana qarşı sanksiya və təzyiqlərin artması ilə İranı öz məqsədlərinə çatmaqdan çəkindirə bilməzlər.