Ordunun «Zülfüqar-1403» birgə hərbi təlimləri başlayıb
İran Ordusunun «Zülfüqar-1403» birgə hərbi təlimlərinin əsas mərhələsi "Ya Bəqiyyətəllahil-Əzəm, Əccəll-Əllahu Təala-Fərchuş-Şərif" kodu ilə bu gün başlayıb və Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalında 10 dərəcə enliyə qədər strateji suları əhatə edəcək.
Ordunun «Zülfüqar-1403» birgə hərbi təlimlərinın sözçüsü briqada-generalı Əlirza Şeyx deyib: "İran Ordusu Hərbi Hava Qüvvələrinə məxsus “Kobra” hücum helikopterləri, RH, SH və 212 AB helikopterləri ilə birgə əməliyyat zamanı ordunun hərbi dəniz qüvvələrinə məxsus gəmilərin göyərtələrində eniş və qalxma əməliyyatları və birləşmiş əməliyyatlar həyata keçirib.
«Zülfüqar-1403» birgə hərbi təlimlərinın komandanı admiral Həbibüllah Səyyari bildirib ki, bu təlimin əsas məqsədi İran İslam Respublikasının istənilən təhdidə qarşı müdafiə gücünü və çəkindirmə qabiliyyətini artırmaqdır.
O, xəbərdarlıq edib ki, İranın ərazi bütövlüyünə və ya quruda, havada və dənizdə İranın maraqlarına zərər vurmağa qadir olduğunu düşünən istənilən düşmənə, şübhəsiz ki, böyük ziyan dəyəcək.
O, əlavə edib ki, “Züfüqar-1403” təlimi İranın ən son hərbi imkanlarını nümayiş etdirəcək, quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə qüvvələri, strateji dəniz qüvvələri və Xatəmül-Ənbia Birgə Hava Hücumundan Müdafiə Qərargahının gücünü nümayiş etdirəcək.