Fev 24, 2025 13:45 Asia/Baku
  • Əraqçi: Biz sionist rejimin Livanın suverenliyini pozmasının şahidi olduq

Müqavimət şəhidlərinin dəfn mərasimində iştirak etmək üçün Beyruta səfər etmiş İranın xarici işlər naziri bildirib ki, öz gözləri ilə İsrail qırıcılarının Livanın suverenliyini pozmasının şahidi olub.

Seyid Abbas Əraqçı Livan xalqının sionist rejimin gərginlik yaratmaq cəhdi qarşısında dayanıqlılığını yüksək qiymətləndirib.

İraqçi bazar günü axşam özünü X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: "Şəhid Seyid Həsən Nəsrullah ilə vidalaşmaq üçün bu gün Beyrutda yüz minlərlə əzadara qoşulmaqdan şərəf və qürur duyuram. Şövqlü livanlı gənclər dənizi müqavimət liderinə öz ehtiranlarını bildirmək üçün stadionu və ətrafını doldurmuşdu". 

O, sionist rejimin hərəkətinə işarə edib və yazıb: "Mən də öz gözlərimlə yalnız yas saxlamaq üçün toplaşan insanları qorxutmaq məqsədi ilə yazıq bir cəhddə üzərimizdən uçan İsrail qırıcılarının Livanın suverenliyini pozmasının şahidi oldum. Əgər bu, terrorçu hərəkət deyilsə, bəs nədir?"

İranın xarici işlər naziri sonda yazıb: "Bu pozuntu sadəcə , stadiondakı insanların İsrailə qarşı səslərini daha da ucaltmasına səbəb oldu. İsraillilər heç vaxt dərs almırlar".