Salami:
Biz heç bir ölkəyə möhtac deyilik.
Fev 25, 2025 18:52 Asia/Baku
Sepah xalqı üçün canından keçər.
Sepah Baş Komandanı:Biz dünyanın heç bir ölkəsinə möhtac deyilik, çünki zəngin torpaqlara və güclü bir millətə sahibik. Cəmiyyətimizdə iman ruhu mövcuddur və bu, bənzərsiz bir sərmayə deməkdir.İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepahın) sosial xidmətlər sahəsinə və çətinliklərin aradan qaldırılmasına qoşulmasının məntiqi bu prinsip üzərində qurulub ki, sevinclərimizi və çətinliklərimizi bir-birimizlə bölüşək.Bizim inancımız bundan ibarətdir ki, bu torpaqlarda heç bir İranlı narahatlıq, kədər və sıxıntı hiss etməməlidir. Bizim üçün həyatın ən gözəl anları, xalqımızın hamısının asayiş, təhlükəsizlik, rifah və inkişaf şəraitində yaşadığı zamanlardır.