Qalibaf və Əraqçi Livanı tərk etməzdən əvvəl Şeyx Nəim Qasim ilə görüşüb
İranın İslam Şurası Məclisinin sədri və xarici işlər nazirinin Beyruta son səfərləri zamanı Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim ilə ilə görüş keçiriblər.
“Əl-Minar” xəbər agentliyi bildirib ki, bu yaxınlarda Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimində iştirak etmək üçün Livana səfər etmiş İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Seyid Abbas İraqçi bu ölkəni tərk etməzdən əvvəl Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasimlə görüşüblər.
Məlumata görə, görüşdə Livan daxilində , regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Görüşdə İran İslam Respublikasının Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib.
Qeyd edək ki, müqavimət şəhidləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Safiyəddinin dəfn mərasimi fevralın 23-də Beyrutda keçirildi.