Fev 27, 2025 17:02 Asia/Baku
  • Okeanda üzən freqatlar və sürətli qayıqlar SEPAH-ın dəniz qüvvələrinə qoşulur

Sepah-ın dəniz qoşunlarının komandanı dəniz xilasetmə, yardım və müdafiə qabiliyyətlərinə malik olan yeni gəmilərin bu qüvvələrə əlavə olunmasından xəbər verib.

SEPAH komandanı vurğulayıb ki, bu addımlar silahlı qüvvələrin baş qərargahının himayəsi və startap şirkətlərin həmkarlığı ilə atılıb.

Kontr-admiral Əli-Rza Təngsiri yeni gəmilərin bu qüvvələrə əlavə olunmaları mərasimində belə söyləyib: Biz yardım gəmiləri sahəsində bəzi problemlər və çatışmazlıqların şahidi idik. Bu, bizim xalq və öz əməliyyat bölməmiz üçün yeni gəmilər istehsal etməyimizə səbəb oldu.

Təngsiri, şəhid Hacı Qasım Süleymani dərəcəsindən olan şəhid Rəisəli Delvari gəmisi, dəniz təcili yardım gəmisi və yanğınsöndürmə gəmisinin düzəldilmələri və təchiz olunmalarına işarə edib. Bildirib ki: Yanğınsödürmə gəmisi fors 3-4 şəraitində dənizçilik qabiliyyəti ilə düzəldilib. Bu gəmi yardım və xilasetmə əməliyyatında mühüm rol oynayır

O, əlavə edib: Həmçinin startap şirkətlərindən biri tərəfindən dizayn edilmiş dəniz təcili yardımı gəmisi 13,5 metr uzunluğa və 50 nat sürətə malikdir. Bu gəmi yardım əməliyyatını 300 dəniz mili məzilinədək həyata keçirə bilir.

Sepah-ın dəniz qoşunlarının komandanı/ şəhid Rəisəli Delvari gəmisi barədə isə belə deyib: Şəhid Hacı Qasım Süleymani dərəcəsindən olan bu gəmi, həyata keçirilmiş modernləşdirməklə helikopterdaşıma, həmçinin Sepah-ın dəniz qüvvələrinin istehsal etdiyi 750 kilometrlik mənzilli raketlər və müdafiə nazirliyinin 300 kilometrlik mənzilli raketi ilə təchizolunma qabiliyyətinə malikdir.

Təngsiri vurğulayıbdır ki: 32 nat sürətə və beş min dəniz millik əməliyyat mənzilinə malik olan gəmi, çətin şəraitdə dənizçilik və çox yaxşı davamlılıq qabiliyyətlərinə malikdir.

Silahlı qüvvələrin baş qərargahı və bu qüvvələrin hazırlıq məsələləri müavinliyinin himayələrini yüksək dəyərləndirən kontr-admiral Təngsiri bu qabiliyyətlərin inkişaf etdirilməsində rol oynamış startap şirkətlərinə və ölkənin müdafiə sənayesinə təşəkkür edib. Bildirib ki: Bu nailiyyətlər əziz İran xalqının himayəsi və daxili mütəxəssislərin yorulmaz səyləri nəticəsində mümkün olub və biz onlara xidmət etmək şərəfinə nail olmuşuq.

 

Teqlər