İran humanist dövlət kimi öz prinsiplərinə sadiqdir
Bu ölkə dünyanın ən böyük qaçqın qəbul etdiyi ölkələrdəndir
Mart 06, 2025 17:58 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı bildirib ki, İran İslam Respublikası dünyanın ən böyük qaçqın qəbul etdiyi ölkələrdən biridir.
Bu məlumata əsasən, İran dövləti son dörd onillikdə 3,8 milyon qaçqına və oxşar qaçqın vəziyyətində olan insanlara dəstək verib. Bu ölkə əsasən Əfqanıstan və İraqdan olan qaçqınlara səhiyyə və təhsil xidmətləri təşkil etmək və dolanışıq imkanlarına çıxış şəraiti yaratmaqla onlara dəstək olmaq öhdəliyini nümayiş etdirib.Təşkilatın açıqlamasının başqa bir hissəsində bildirilir ki, Ümumdünya Ərzaq Proqramı hazırda ölkənin 20 evsahibi şəhərlərində yaşayan 33,000 əfqan və iraqlı qaçqına qida, təhsil və dolanışıq yardımı göstərir.