Mart 08, 2025 17:33 Asia/Baku
  • İraqçi və Bin Fərhan İran-Səudiyyə münasibətlərinin bütün sahələrdə inkişafını vurğulayıblar

İran İslam Respublikası və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri keçirdikləri görüşdə hər iki ölkənin qarşılıqlı əlaqələri bütün sahələrdə genişləndirmək əzmində olduğunu vurğulayıblar.

Seyid Abbas İraqçi və Feysəl Bin Fərhan cümə günü Ciddədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 20-ci fövqəladə iclası çərçivəsində görüş keçiriblər. 

Bu görüşdə hər iki tərəf İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin vəziyyətini və son regional və beynəlxalq hadisələri nəzərdən keçirib. 

Tərəflər, həmçinin İslam dünyasının xüsusilə də işğal altındakı Fələstinə aid problemlərlə mübarizə aparmaq üçün birgə çalışmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, İranın xarici işlər naziri Seyid Abbas İraqçi cümə günü martın 7-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Ciddəyə gedib. Bu iclas İranın təklifi əsasında və sionist rejimin Fələstin xalqına qarşı təcavüzü və onları öz torpaqlarından zorla çıxarmaq planları mövzusunda keçirilib.