Ali Məqamlı Rəhbər hökumət rəsmilərini qəbul edəcəklər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün Ramazan görüşü üçün hökumət rəsmilərini qəbul edəcəklər.
Keçmiş illərdə olduğu kimi bu gün hökumətin üç qolunun başçıları yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə birlikdə, paytaxt Tehrandakı İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Ali Məqamlı Rəhbərlə Ramazan görüşü keçirəcəklər.
Bu görüşdə keçmiş rəsmilər, ictimai və mədəni fəallar da iştirak edəcək.
Həzrət Ayətullahül-üzma Xameneinin bəyanatlarından əvvəl prezident Məsud Pezeşkian çıxış edəcək. İclasın sonunda Ali Məqamlı Rəhbəri imamlığı ilə məğrib və işa namazları qılınacaq.
Rəsmilərlə Ramazan görüşü Ali Məqamlı Rəhbərin ən əhəmiyyətli illik görüşlərindən biridir ki, burada mühüm məsələlər, ümumi siyasətlər və İran İslam Respublikasının yol xəritəsi aydınlaşdırılır və izah edilir.