İran Suriyadakı hadisələrdən narahatlığını ifadə edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Suriyada baş verən son hadisələrlə bağlı deyib: "İran İslam Respublikası Suriyadakı daxili prosesləri diqqətlə izləyir və ölkənin müxtəlif bölgələrində zorakılıq və əmin-amansızlığa dair dərc olunan xəbərləri böyük narahatlıqla təqib edir".
İsmayıl Bəqayi İran İslam Respublikasının Suriyada təhlükəsizlik və sabitliyin qorunub-saxlanmasının, Suriya cəmiyyətinin bütün etnik qruplarının və təbəqələrinin dinc yanaşı yaşaması üçün lazımi şəraitin yaradılmasının zəruriliyi ilə bağlı prinsipial mövqeyini, həmçinin Suriyanın xüsusilə də işğalçı sionist rejimin təcavüzləri və təhdidləri qarşısında ərazi bütövlüyü və birliyinin qorunmasının zəruriliyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İran İslam Respublikası bütün Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində müvəqqəti hökumətin öhdəliklərini xatırladır və bildirir ki, əmin-amansızlığa, zorakılığa, hər hansı etnik qrup və qəbilədən olan günahsız suriyalıların öldürülməsinə və zərər görməsinə qəti şəkildə qarşıdır və hesab edir ki, bu regionda qeyri-sabitliyin yayılması və üçüncü tərəflərin, xüsusilə də sionist rejimin daha da fitnə törətməsinə əlverişli mühit yaradır.