Mart 08, 2025 20:42 Asia/Baku
  • Ali Məqamlı Rəhbər: İran quldur dövlətlərin tələblərini qətiyyən qəbul etməyəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri vurğulayıblar: "bəzi quldur dövlətlərin danışıqlara israr etməsi məsələlərin həlli üçün deyil, hökmranlıq və öz istəklərini diktə etmək üçündür. İran İslam Respublikası onların istəklərini qətiyyən qəbul etməyəcək".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ölkə rəsmiləri ilə Ramazan görüşündə buyurublar: "Bizim müxtəlif siyasi, iqtisadi və digər işlərimizdə Qərbin sivilizasiyasının prinsiplərinə əməl edə bilmərik. Şübhəsiz ki, Qərbin sivilizasiyasının üstünlükləri var, amma biz o sivilizasiyanın əsaslarına arxalana bilmərik; O sivilizasiyanın əsasları batildir. Bu, İslamın prinsiplərinə ziddir. O sivilizasiyanın dəyərləri fərqlidir."

Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Qərbdəki ikili standartlar həqiqətən də Qərb sivilizasiyasına bir ləkədir və onların iddialarını ifşa edirlər.

O Həzrət, bəzi Qərb ölkələri və ABŞ-nin danışıqlarla bağlı iddialarına toxunaraq, buyurublar: "Bəzi avtoritar hökumətlərin danışıqlarda israrları məsələlərin həlli məqsədi ilə deyil, ağalıq etmək və öz istəklərini tətbiq etmək məqsədi daşıyır. İran İslam Respublikası, onların istəklərini qətiyyən qəbul etməyəcək".

Ali Məqamlı Rəhbər davamında buyurublar: "Üç Avropa ölkəsi də İranın nüvə sazişindəki öhdəliklərini yerinə yetirmədiyini deyir! Onlardan soruşulmalıdır: Siz öz öhdəliklərinizi yerinə yetirdinizmi? Xeyr, siz ilk gündən nüvə sazişi ilə bağlı öhdəliklərinizi yerinə yetirmədiniz. Amerika nüvə sazişindən çıxdıqdan sonra siz bunu kompensasiya edəcəyinizə söz verdiniz, lakin bu vədinizə belə əməl etmədiniz".