Mart 09, 2025 18:12 Asia/Baku
  • İran, Çin və Rusiya birgə dəniz təlimi keçirir

İran, Çin və Rusiya birgə hərbi dəniz təlimi keçirəcək.

İran, Çin və Rusiya bazar ertəsi İranın Çabahar limanı yaxınlığında "Təhlükəsizlik Kəməri 2025" hərbi dəniz təliminə başlayacaq. Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayaıb.Məlumata əsasən, təlim planına dəniz hədəflərini vurmaq, gəmiləri ələ keçirmək, xəsarətləri aradan qaldırmaq, həmçinin birgə axtarış və xilasetmə təlimləri daxildir.Çin Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimdən məqsəd hərbi qarşılıqlı etimadı gücləndirmək və iştirakçı ölkələrin dəniz qüvvələri arasında praqmatik əməkdaşlığı inkişaf etdirməkdir.