İranın BMT-dəki nümayəndəliyi:
İranın nüvə proqramını ləğv etmək üçün danışıqlar baş tutmayacaq
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildirib ki, əgər danışıqların məqsədi İranın dinc nüvə proqramını ləğv olarsa, belə danışıqlar heç vaxt baş tutmayacaq.
İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-nın yeni administrasiyasının İranla danışıqlara hazır olduğunu elan etməsinə münasibət bildirib.
İranın BMT-dəki nümayəndəliyi X sosial platformasında yazıb: "Əgər danışıqların məqsədi İranın nüvə proqramının hərbiləşdirilməsi ehtimalı ilə bağlı narahatlıqların aradan qaldırılması hədəfinə nail olmaqdırsa, buna baxıla bilər, amma əgər məqsəd İranın dinc nüvə proqramını ləğv etməkdirsə və Obamanın edə bilmədiyini biz etdik demək üçündürsə, belə danışıqlar heç vaxt baş tutmayacaq.”
İran dəfələrlə bildirib ki, maksimum təzyiq və sanksiyalar altında ABŞ ilə heç bir danışıqlar olmayacaq.