Mürəkkəb təlim:
Çin və Rusiya hərbi gəmiləri İran sularına daxil olub
Çin və Rusiyanın hərbi gəmiləri Hind okeanının şimalında "Dəniz Təhlükəsizlik Kəməri-2025" birgə təlimini keçirmək üçün İranın ərazi sularına daxil olub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin bölmələri, o cümlədən “Rezkiy” və “Tsedi Japov” esminesləri və “Peçenqa” logistik gəmisi, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus “Bao Tou” esminesi və “Gaoyouhu" logistik gəmisi Hindistanın şimalında "Dəniz Təhlükəsizlik Kəməri- 2025" adlı birgə təlimləri keçirmək üçün İran ərazi sularına daxil olub.
Bu təlimdə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin dəniz və hava bölmələri, o cümlədən “Cəmaran”, “Əlvənd” və “Bayəndər” esminesləri və “Neyzə”, “Gənavə”, “Naybənd” və “Bəhreqan” freqatları və İslam İnqilabı Keşikçiləri Korpusunun gəmiləri, o cümlədən “Şəhid Səyyad Şirazi” mühafizə gəmisi, “Şəhid Ruhi” və “şəhid Mahmudi” gəmiləri iştirak edir.
7-ci Birgə Dəniz Təhlükəsizlik Kəməri təlimi Hind okeanının şimalında Rusiya və Çin dəniz donanmalarının və Azərbaycan Respublikası, Cənubi Afrika Respublikası, Oman, Qazaxıstan, Pakistan, Qətər, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Şri-Lankadan olan müşahidəçilərin, həmçinin İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın gəmilərinin iştirakı ilə keçiriləcək.