Mart 11, 2025 14:17 Asia/Baku
  • İraqçi: İran ABŞ-ın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün İraqın yanındadır

İranın xarici işlər naziri Seyid Abbas İraqçi İran İslam Respublikasının ABŞ-nin qeyri-qanuni hərəkətləri ilə mübarizə aparmaq üçün İraq hökuməti qarşısında götürdüyü öhdəliyini vurğulayıb.

Seyid Abbas İraqçi X sosial şəbəkəsində İrandan elektrik enerjisinin alınması üçün İraqın sanksiyalardan istisna edilməsini dayandırmaq qərarına münasibət bildirib və bunu İraqın günahsız xalqına təzyiq kimi dəyərləndirib.İraqçi vurğulayıb ki, İran İraq xalqının yanındadır və ABŞ-nin qeyri-qanuni hərəkətlərini dəf etmək üçün İraq hökuməti ilə qarşılıqlı fəaliyyət göstərmək öhdəliyinə sadiqdir.

Məlumatlar göstərir ki, ABŞ administrasiyası İrandan elektrik enerjisi idxalına görə İraqın sanksiyalardan azad edilməsini dayandırıb.ABŞ 2018-ci ildə İrandan elektrik enerjisi idxalı üçün İraqın sanksiyalardan azad edilməsini uzatmışdı, amma bu yaxınlarda bu güzəşti yeniləməkdən imtina edib.