Mart 12, 2025 14:49 Asia/Baku
  • İraqçinin İran Hərbi Dəniz Qüvvələri Komandanlığına mesajı

İran İslam Respublikasının xarici işlər naziri İran Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İraniyə müraciətində 7-ci birləşmiş “Dəniz Təhlükəsizlik Kəməri-2025” təliminin keçirilməsini təbrik edib və bunu İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələrinin beynəlxalq arenada bacarıq və qüdrətinin göstəricisi hesab edib.

Seyid Abbas İraqçi bu mesajında vurğulayıb: "Dənizə yönümlü təhlükəsizlik və inkişaf dənizlərin nəhəng genişliyində qüdrətli mövcudluq və fəaliyyət tələb edir və "Dəniz Təhlükəsizlik Kəməri- 2025" birgə təlimi İran Ordusu Hərbi Dəniz Qüvvələrinin beynəlxalq arenadakı qüdrətini nümayiş etdirir.

İraqçi İran İslam Respublikasının Fars körfəzi, strateji Hörmüz boğazı, Oman dənizi və onun hüdudlarından kənarda təhlükəsizliyi qorumaq və gücləndirmək əzmi və iradəsini vurğulayaraq, hazırkı təlimin qlobal müşahidəçilərin gözü qarşısında bu qətiyyət və iradəni nümayiş etdirdiyini bildirib.

Sonda İranın xarici işlər naziri İran Hərbi Dəniz Qüvvələrinin dənizçiləri və İran İslam Respublikası Silahlı Qüvvələrinin bütün komandan və əsgərlərinə ehtiramını bildirib və onlara Allahdan başıucalıq və tapşırılan missiyaları yerinə yetirməkdə uğurlar diləyib. 

7-ci birləşmiş Dəniz Təhlükəsizlik Kəməri 2025 təlimi Hind Okeanının şimalında İran, Rusiya və Çinin dəniz donanmalarının və Azərbaycan, Cənubi Afrika, Oman, Qazaxıstan, Pakistan, Qətər, İraq, BƏƏ və Şri-Lankadan olan müşahidəçilərin, eləcə də İran Ordusu və SEPAH-ın hərbi gəmilərinin iştirakı ilə keçirilir.