Mart 13, 2025 11:23 Asia/Baku
  • İranda qiymətli litium ehtiyatlarının mövcudluğunu təsdiqləndi

İran İslam Respublikası Energetika Nazirliyinin rəsmi hesabatına görə, Rusiya mütəxəssisləri ilə birgə aparılan tədqiqatların nəticəsində İranda qlobal rəqabətə davamlı konsentrasiyalara malik qiymətli litium ehtiyatlarının mövcudluğunu təsdiqləyib.

Bu məlumata əsasən, sözü gedən strateji metalın ən yüksək konsentrasiyası Qum, Xor və Torud duz göllərində qeydə alınıb ki, bu da İranı litium sənayesində əsas oyunçulardan birinə çevirə və ölkənin təmiz enerji təchizatı zəncirinə daxil olmasına zəmin yarada bilər.

2030-cu ilə qədər litiumun artan qlobal tələbatını nəzərə alsaq, İran geniş duz ehtiyatları və mövcud infrastrukturu ilə yaşıl litium istehsal etmək gücünə malik olacaqdır.