Ali Məqamlı Rəhbər:
Trampın danışıqlara dəvət etməsi ictimai rəyi aldatmaqdır
İslam İnqilabının Ali Məqamlı Rəhbəri deyib: “ABŞ prezidentinin danışıqlara hazır olduqları barədə iddiası dünya ictimai rəyini aldatmaqdır”.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın hazırkı hökumətilə müzakirəni nəticəsiz, sanksiya düyününün daha da açılmaz olmasına bais olacağını bildirib və belə deyiblər: Nüvə silahı ardınca deyilik və əgər olsaydıq, indiyə kimi istehsal etmişdik. Eyni zamanda, ehtimal olunan hər bir zərbəyə qətiyyətlə cavab verəcəyik.
İslam İnqilabının Böyük Rəhbəri dünən axşam ölkə üzrə minlərlə tələbə, həmçinin tələbə cihadı qrupları, eləcə də mədəni, ictimai və siyasi qurumların fəalları ilə görüşdə tələbə mahiyyətinin möhkəmləndirilməsi və məsələlərin araşdırılıb, dəyərləndirilməsi barədə mühüm tövsiyələr ediblər.
O həzrət iranlı gənclərin Qərblə üzləşmədəki iki fərqli təcrübəsini bəyan edib və belə söyləyiblər: Birinci təcrübə, özünüuduzma ilə nəticələndi, amma, tələbə məcmuəsinin hazırkı hərəkətinin istiqamət aldığı ikinci təcrübədə Qərb gerçəkliklərinin tanınması, istiqlalsevərlilik və Qərb sivilizasiyasının problemlərindən uzaq durmaq, prinsip kimi qərar tapıb.
İnqilab Rəhbəri Qərbin İranda iştirakının ikinci təcrübəsinin ölkənin bəzi hissələrinin İngiltərə və çar Rusiyası tərəfindən işğal olunması, qıtlıq, minlərlə insanın həyatını itirməsi, daxili hərəkatların yatırılması, Rzaxan zamanı “Darsi” neft müqaviləsi kimi alçaldıcı müqavilələrin qəbul etdirilməsi kimi, acı hadisələrdən mənşə aldığını bildiriblər.
O həzrət belə vurğulayıblar: Bu hadisələr qərblilərin iç üzünü xalqa, xüsusən gənclərə aşkar və məlum etdi. Göstərdi ki, onların təbəssümləri və cilalanmış görkəmlərinin arxasında xəbis və xaincəsinə bir mahiyyət gizlənir. Bu hadisə ölkədə Qərb sivilizasiyasına olan şövq və heyranlığın azalmasına gətirib çıxardı.
İnqilab Rəhbəri öz çıxışlarının yekun hissəsində Amerika ilə müzakirə barədə bir neçə cəhəti bəyan ediblər.
O həzrət birinci cəhətin bəyanında Amerika prezidentinin İran üçün məktub göndərməsi, həmçinin İranla müzakirəyə və anlaşma yaratmağa hazır olmasına dair çıxışını dünyanın ümumi fikrini aldatmaq üzrə səy adlandırıb və belə söyləyiblər: Bu məktub hələ mənim əlimə çatmayıb, amma Amerika belə bir yalanı təlqin etmək istəyir ki: İran bizim əksimizə olaraq, müzakirə və anlaşma əhli deyil, halbuki, bu sözləri deyən şəxsin özü, bizim Amerika ilə müzakirəmizin nəticəsini cırdı. Belə bir halda və onun nəticələrə əməl etməyəcəyini bildiyimiz halda, onunla necə müzakirə etmək olar?
Həzrət Ayətullahuluzma Xamenei bir qəzetdə dərc olunmuş “savaş vəziyyətində olan iki nəfər arasında etimadın olmaması müzakirəyə mane olmamalıdır” məzmunlu bir mətləbə işarə/ və belə qeyd ediblər: Bu mətləb yanlışdır, zira, həmin müzakirə aparan iki nəfər əgər qarşı tərəfin/ danışıqların nəticəsinə sədaqəti və öhdəliyinə etimad etməsə də, müzakirə aparmayacaq, zira, müzakirə bu halda, mənasız və əbəsdir.
O həzrət üçüncü cəhətin bəyanında belə deyiblər: Elə əvvəldən, bizim müzakirədə məqsədimiz, sanksiyaların aradan götürülməsi idi və xoşbəxtlikdən, sanksiyalar özünün uzun sürən gedişatında tədricən təsirini itirir.
Amerikanların “İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik” ifadəsinə toxunan İnqilab Rəhbəri belə söyləyiblər: Əgər biz nüvə silahı istehsal etmək istəsəydik, Amerika bizim qabağımızı ala bilməzdi. Nüvə silahına malik olmamağımızın səbəbi budur ki, biz əvvəllər deyilmiş dəlillərə görə, bu tip silahları istəmirik və onun ardınca da deyilik.
İnqilab Rəhbəri digər bir cəhətin bəyanında, Amerikanın militarizmlə hədələməsini ağılsız hərəkət adlandırıblar. Vurğulayıblar ki: Zərbə vurmaq və müharibə törətməklə hədələmək, birtərəfli məsələ deyil və İran cavab zərbəsi vurmağa qadirdir və mütləq bu işi görəcəkdir.
Inqilab Rəhbəri Amerikanın tənəzzulə gedən istiqamətdə durduğunu bildirib və vurğulayıblar ki: İctimai məsələlər, daxili və xarici siyasət və iqtisadi baxımdan, eləcə də digər sahələrdə Amerika zəifləməkdədir və o, daha 20-30 il bundan qabaqkı qüdrətə malik ola bilməz.
O həzrət öz çıxışlarının yekun cəhətinin bəyanında Fələstin və Livan müqavimətlərini əvvəlkindən daha stimullu və daha güclü adlandırıb və bildiriblər ki: İranlı rəsmilər, o sıradan, dövlət və prezident bu barədə fikir birliyinə malikdirlər ki, var gücümüzlə Fələstin və Livan müqavimətlərini himayə etməliyik və inşaallah, İran xalqı gələcəkdə də keçmişdə olduğu kimi, zorakılıqlar qarşısında müqavimət bayraqdarı olacaq.