Bəqayi:
Yeni sanksiyalar Amerikanın qanunpozuculuğu və yalançılığına bir sübutdur
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerikanın İran İslam Respublikasının neft naziri, həmçinin bir neçə neft tankeri və ticarət şirkəti də daxil olmaqla bir qrup fiziki şəxsi sanksiya etmək üzrə hərəkətini kəskin tərzdə pisləyib.
ABŞ rəsmilərinin müzakirəyə hazırlığa dair təkrar iddialarına toxunan İsmayıl Bəqayi, Amerikanın İran əleyhinə sanksiya tətbiq etmək üzrə hərəkətini bu iddiaların düzgünsüzlüyünə dəlalət edən başqa bir aşkar fakt adlandırıb.
Bu iddialar həm də onların İran xalqının inkişafı, tərəqqisi və rifahı ilə olan düşmənçiliklərinin digər bir nişanəsidir- deyə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
İran diplomatiya aparatının sözçüsü Amerikanın müstəqil ölkələrə qarşı təzyiq və sanksiya siyasətinə qurşanmasını, beynəlxalq səviyyədə qanun hakimiyyətinin pozulması, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdid adlandırıb. Vurğulayıb ki, İran İslam Respublikası Amerika hökumətini bu kimi birtərəfli və qanunsuz hərəkətlərdən irəli gələn nəticələrin səbəbkarı və məsul tərəfi hesab edir.
Bəqayi ABŞ-ın xəzinədarlıq departamentinin İranın möhtərəm neft nazirinə qarşı sanksiyasını bütün beynəlxalq meyarlar və hüquq normaları ilə təzad təşkil edən alçaq hərəkət adlandırıb.Bu cür nalayiq hərəkətlər iranlıların İranın istiqlaliyyəti və başıucalığını müdafiə istiqamətindəki milli əzmkarlıqlarında, habelə, ölkəmizin tərəqqisi və abadlığı istiqamətində göstərilən səylərdə azacıq da olsa belə, təsir buraxa bilməz- deyə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.