Mart 15, 2025 12:19 Asia/Baku
  • Diplomatiya İranın nüvə işi üçün yeganə stabil həll yoludur

Avropa Komissiyasının sözçüsü İran-Çin-Rusiya üçtərəfli Pekin müzakirələrinə reaksiyada bildiribdir ki, bu iclasdan xəbərdardır və diplomatiyanı İranın nüvə işi üçün yeganə stabil həll yolu hesab edir.

Ənvər Əl-Ənuni dünən Brüsseldə keçirdiyi mətbuat konfransında jurnalistlərə belə deyib: Biz hamısı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və İranın nüvə anlaşmasının tərəfləri olan İran, Çin və Rusiyanın üçtərəfli iclasından xəbərdarıq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas-ın BMT Təhlükəsizlik Şurasında söylədiyi son sözlərə toxunan Əl-Ənuni, İranın dincməqsədli proqramı haqdakı siyasi iddiaları təkrar edib: Biz bir daha vurğulayırıq ki, İranın nüvə proqramının ardıcıl surətdə genişlənməsi, 2231 saylı qətnamədə təsdiqlənən bu ölkənin öhdəliklərilə tamamilə təzad təşkil edir. Eyni zamanda, bir diplomatik həll yolu üçün heç bir stabil alternativ yoxdur.

Avropa Komissiyasının sözçüsü Avropa Birliyinin nüvə müzakirələrindəki rolu barədə verilən sualın cavabında isə bildiribdir ki, sözügedən birlik, bir diplomatik həll yoluna nail olmaq üçün öz əlaqə kanallarını açıq saxlamaqda davam edir.

Mətbuat konfransının digər hissəsində Avropa Komissiyasının sözçüsünə birliyin nüvə məsələsi ilə bağlı Tehranla cari əlaqələri barədə sorğu ünvanlandı. O, sualı belə cavablandırdı: Bu mərhələdə deyə biləcəyim budur ki, İranla təmaslar bərqərardır.