İraqçi: ABŞ-ın İranın xarici siyasətini diktə etmək haqqı yoxdur
İranın xarici işlər naziri ABŞ administrasiyasının İranın xarici siyasətini diktə etməyə haqqının olmadığını bəyan edərək, amerikalılara xitabən deyib: "O dövr 1979-cu ildə başa çatdı".
Seyid Abbas İraqçi ABŞ rəsmilərinin İrana qarşı müdaxiləçi açıqlamalarına cavab olaraq, deyib: "Birləşmiş Ştatlar hökumətinin İranın xarici siyasətini diktə etməyə haqqı yoxdur”.
O, ABŞ rəsmilərinə xitabən xatırladıb ki, o dövr 1979-cu ildə başa çatdı.
İraqçi Vaşinqtonun sionist rejimə verdiyi dəstəyə və silah yardımına işarə edərək, əlavə edib: "Ötən il ABŞ prezidenti Co Bayden soyqırımçı rejimə görünməmiş 23 milyard dollar vermək üçün aldadıldı. 60 mindən çox fələstinli öldürüldü və dünya ABŞ-ın tam məsuliyyət daşıdığını deyir".
İran xarici işlər naziri ABŞ rəsmilərinə xitabən deyib: "İsrail soyqırımı və terrorizminə dəstəyi dayandırın. Yəmən xalqının öldürülməsini dayandırın".