Mart 17, 2025 20:27 Asia/Baku
  • İRİB Əl-Əqsa televiziyasının yayımına qadağa qoyulmasını pisləyib

İranın Teleradio Təşkilatının sərhədaşırı bölməsinin rəhbəri Əhməd Novruzi ABŞ və Avropanın Fələstinin Əl-Əqsanın kanalının yayımına qadağa qoymasını pisləyib və müqavimət sahəsinin media fəallarını Qərb mediasının senzurasına qarşı mübarizə səylərini gücləndirməyə çağırıb.

Cənab Novruzinin müraciətinin mətni belədir:

"Bismillahir-Rəhmənir-Rəhim"

"O kəslər ki, Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kimdən qorxmurlar"

İlahi risalətin təbliğatçıları yenə də uşaq öldürən iblislərin zəhərli oxlarının hədəfinə çevrildilər. Birgə Avropa-Amerika planında “Əl-Əqsa Şəbəkəsi” bütün Avropa və Amerika peyklərindən çıxarıldı. Peyk şirkətləri də telekanalın yayımını davam etdirəcəkləri təqdirdə saxta anti-terror qanununa əsaslanan sanksiyalar və damğalarla üzləşəcəklər.

Bu mənfur hərəkət, kanalın 25 əməkdaşının məzlum Qəzzə xalqının səsini və simasını çatdırmaq üçün canlarını fəda etdikdən və bütün beynəlxalq qanunlara zidd olaraq şəhid olduqdan sonra, işğalçı İsrail rejiminin vəhşiliyinin daha bir nümunəsidir. Hansı ki, işğalçılığı tarixi boyunca bariz nümunələri vardır.

İran İslam Respublikasının Teleradio Təşkilatının Sərhədaşırı Bölməsi Amerika və Avropa başçılarının Əl-Əqsa kanalının oynadığı maarifləndirici rolu qarşısında rəzil reaksiyasına etiraz edərək, müqavimət sahəsinin bütün media fəallarını, Fələstin amallarını dəstəkləyənlər və sionist rejimin cinayətlərini ifşa edən ən mühüm media qurumlarından birini itirmiş Qəzzə tərəfdarlarını bu hərəkəti pisləməklə yanaşı, Qərb mediasının senzurasına qarşı mübarizə dalğasını gücləndirməyə çağırıb.

Şübhə yoxdur ki, Allahın haqq vədi yerinə yetəcək və Allah öz bəndəsinə kifayətdir.