Mart 20, 2025 16:00 Asia/Baku
  • Əraqçi Novruz hövzəsi ölkələrindəki həmkarlarına ayrı-ayrılıqda təbrik mesajları göndərib

İran İslam Respublikasının xarici işlər naziri Novruz hövzəsi ölkələrindəki həmkarlarına ayrı-ayrılıqda təbrik mesajları göndərib və bu bayramı insanlar arasında dinc yanaşı yaşama, ədalət və sülh kimi insani dəyərləri yayan uzun keçmişə malik bir bayram adlandırıb.

Novruz bayramı iranlı kökə malik bir bayramdır. Bu bayram yeni günəş ilinin başlanması ilə bir çox ölkədə keçirilir.

İran xarici işlər naziri Seyid Abbas İraqçı bu gün Tacikistan, Azərbaycan Respublikası, Özbəkistan, Əfqanıstan, Pakistan, Türkmənistan, Türkiyə, İraq, Qırğızıstan, Qazaxıstan və Hindistana şamil olan  Novruz hövzəsi ölkələrindəki əməkdaşlarına ayrı-ayrılıqda təbrik mesajları göndərib. İraqçı öz mesajlarında həmin ölkələrin xarici işlər nazirlərini Novruz Bayramı münasibətilə təbrik/ və bu ölkələrin xalqlarına sülh, səadət və xoşbəxtliklə müşayiət olunan bir il arzu ediblər.

İran xarici işlər nazirinin öz xarici həmkarlarına ünvanlanan müraciətində Novruz sivilizasiyası hövzəsi ölkələri arasındakı dərin mədəniyyət, sivilizasiya və tarix bağlılıqlarının ən mühüm nişanəsi olan qədim Novruz mərasiminə işarə edilib.

Qeyd olunub ki, yerin yenidən doğulması, təbiət həyatının yenilənməsi və bahar mötədilliyindən ilham alan bu uzun keçmişə malik mərasim daim insanlar arasında dinc yanaşı yaşama, ədalət və sülh kimi insani dəyərləri yayıb.

Novruz, bütün dövrlər və əsrlər boyu onu qeyd və bayram edən xalqlar üçün müştərək mədəni irs kimi anlaşma, dostluq və əməkdaşlıq üçün dəyərli bir əsas ola bilər- deyə, təbrik mesajlarında qeyd olunur.