İnqilab Rəhbərinin yeni il təbriki
İslam İnqilabının Böyük Rəhbəri 1404-cü günəş ilinin daxil olması münasibətilə etdikləri müraciətdə yeni ili «İstehsala İnvestisiya» ili elan ediblər.
Yeni ilin Qədr gecələrinə və Əmirəlmöminin Həzrət Əli (ə)-ın şəhadəti günlərinə təsadüf etməsinə toxunan Həzrət Ayətullahuluzma Xamenei ümidvarlıq ediblər ki, Qədr gecələrinin bərəkətləri və möminlər mövlasının diqqətləri əziz İran xalqının və yeni illəri Novruzla başlanan bütün insanların halına şamil olacaq.
İnqilab Rəhbəri öz Novruz müraciətlərinin digər bir hissəsində qəsbkar sionist rejimin Qəzzəyə yenidən təcavüz etməsini çox böyük və fəlakətyaradan cinayət adlandırıb və belə vurğulayıblar: Bu məsələ, İslam Ümmətinin məsələsidir. Buna görə, bütün ümmət öz ixtilaflarını kənara qoymaqla vahid şəkildə bu cinayətlər qarşısında dayanmalıdır. Həmçinin Avropa və Amerika da daxil olmaqla dünyadakı bütün azadlıqsevərlər bu xaincəsinə və fəlakətli hərəkətlə mübarizə etməli və Fələstində uşaqların yenidən qırğın olunmaları, mənzillərin dağıdılması və insanların didərgin düşmələrinin qarşısını almalıdırlar.
O həzrət vurğulayıblar ki, Amerika bu faciənin məsuliyyətinə ortaqdır və siyasi ekspertlərin qənaətincə, bu cinayət Amerikanın işarəsi ilə və ya heç olmasa, onun razılığı ilə həyata keçirilib.
İnqilab Rəhbəri bildiriblər ki: Yəmən hadisələri və bu ölkə xalqına və mülkilərinə qarşı hücum digər bir cinayətdir və onun qarşısı mütləq alınmalıdır.
İnqilab Rəhbəri çıxışlarının sonunda İslam Ümmətinə xeyir, mənfəət və zəfər arzu və ümidvarlıq ediblər ki, Həzrət Vəliyyi Əsr(ə)-ın müqəddəs ürəyi və böyük İmamın və şəhidlərin ruhu İran xalqından razı qalacaq.