İran nümayəndəsi Amerikanın əsassız ittihamlarına cavab verdi
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Amerikanın İrana qarşı əsassız ittihamlarını rədd edərək, deyib: "Bu əsassız ittihamlar Amerika hökumətinin İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini bir daha ortaya qoyur".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına və BMT-nin baş katibinə ünvanladığı məktubda ABŞ və sionist rejimin Təhlükəsizlik Şurasının iclasında Tehrana qarşı ittihamlarına toxunaraq, bildirib: "Bu ittihamlar beynəlxalq ictimai rəyi İsrail rejiminin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi soyqırım, müharibə cinayətləri və böyük faciələrdən yayındırmaq üçün hesablanmış cəhddən başqa bir şey deyil".
İrəvani vurğulayıb: "ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi hər fürsətdə,Təhlükəsizlik Şurasını Vaşinqtonun siyasi gündəmini irəli sürmək üçün bir alətə çevirir və İranı beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qələmə verərək, ondan yanlış təsəvvür yaradır".