Mart 22, 2025 16:00 Asia/Baku
  • İran və BƏƏ xarici işlər nazirləri regional hadisələri müzakirə ediblər

İranın xarici işlər naziri Seyid Abbas İraqçi cümə günü Əmirlik həmkarı Şeyx Abdullah bin Zayed Ali Nəhyan ilə telefon danışığında, son regional hadisələri, xüsusilə Qəzzədəki soyqırımın şiddətlənməsi və ABŞ-ın Yəmənə qarşı təcavüzünü müzakirə ediblər.

İraqçi bu telefon danışığında sionist rejimin Qəzzədə atəşkəsi tamamilə pozaraq, yüzlərlə günahsız fələstinlini kütləvi şəkildə qətlə yetirməsini şiddətlə pisləyib. Eləcə də ABŞ-ın çoxlu sayda günahsız qadın və uşağın ölümü və ölkənin həyati infrastrukturlarının məhv edilməsinə səbəb olan Yəmənə qarşı hərbi təcavüzünü qınayıb və bu cinayətləri dayandırmaq və regionda əmin-amansızlığın artmasının qarşısını almaq üçün region və İslam ölkələrinin təcili və birgə addım atmasının vacibliyini vurğulayıb.   

İranın xarici işlər naziri, BMT Təhlükəsizlik Şurasının və digər hökumətlərin ABŞ-ın Yəmənə təcavüzü və sionist rejimin işğal olunmuş Fələstindəki cinayətləri qarşısında davam edən fəaliyyətsizliyinin artan nəticələri barədə xəbərdarlıq edib və region ölkələrini bu hadisələrə ciddi diqqət yetirməyə çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri də öz növbəsində mövcud vəziyyəti narahatedici adlandırıb və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün region ölkələri arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.