Hakan Fidan iranlı həmkarına zəng edib
Mart 25, 2025 10:51 Asia/Baku
Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığında İran İR-nın xarici işlər naziri Seyid Abbas Əraqçini Novruz və Yeni il münasibəti ilə təbrik edib, onunla regional və beynəlxalq hadisələri müzakirə edib.
Bu telefon danışığında tərəflər regional məsələləri, xüsusilə də işğal olunmuş Fələstinin vəziyyəti, sionist rejimin Qəzzə və Livana hücumlarının yenidən başlanması, eləcə də bu rejimin Suriyaya və ABŞ-ın Yəmənə hərbi hücumlarını müzakirə ediblər.