Mart 26, 2025 12:33 Asia/Baku
  • İran 2026-cı ildə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb

İranın futbol üzrə yığma komandası Tehranın Azadi stadionunda Özbəkistanla 2:2 hesablı heç-heçə ilə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına yüksəlməyi bacarıb.

İran 2026-cı ildə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb

İranın futbol üzrə yığma komandası Tehranın Azadi stadionunda Özbəkistanla 2:2 hesablı heç-heçə ilə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına yüksəlməyi bacarıb.

 

İranın milli komandası bu matçda Özbəkistanın yüksək təzyiqlərinə baxmayaraq, heç-heçə ilə öz hədəfinə çata bildi.  Dünya çempionatına birbaşa yüksəlmək istəyən Özbəkistan güclü oyun nümayiş etdirərək, İran komandası üçün çoxlu problemlər yaratdı. İran komandası 20 xalla A qrupunun ilk pilləsində qərarlaşıb. Qrupun digər oyunlarında Qırğızıstan Qətəri məğlub edib, Birləşmiş Ərəb Əmirlikləri və Şimali Koreya oyunu da əmirliklərin xeyrinə başa çatıb. 

İran Yaponiya və Yeni Zelandiyadan sonra 2026-cı il dünya çempionatına vəsiqə qazanan üçüncü ölkə olub. Özbəkistan isə 17 xalla ikinci yerdədir.