Mart 27, 2025 16:25 Asia/Baku
  • İran Ordusu: Fələstin məsələsinin yeganə həlli mübarizədir.

Ordunun Qüds Günü münasibətilə bəyanatı: Şər sionist nəslinin həyatı boyu insan haqlarını müdafiə etmək iddiaları dünyanın qulaqlarını dolduran Qərb ölkələri bu rejimin cinayətlərini həmişə dəstəkləyiblər.

Qərb müstəmləkə hökumətləri ilə sionist kapitalistlərin İslam dünyasının ürəyində bu qaniçən rejimi qurmaq üçün müştərək sui-qəsdindən on il ötür və bu uzun müddət ərzində milyonlarla günahsız insan bu rejimin əli ilə şəhid oldu, yaralandı, zindana salındı və didərgin olundu.Fələstin məsələsinin yeganə həlli və mövcud vəziyyətin dəyişməsi sionist rejimlə mübarizə üçün qlobal həmrəylik tələb edir. Dünyanın bütün xalqları və azad insanları məzlum Fələstin xalqının səsi olmalı, bu məzlum xalqa dəstək olmaq üçün ayağa qalxmalı və müqəddəs Qüdsün azadlığı üçün səy göstərməlidir.