Mart 28, 2025 17:32 Asia/Baku
  • İrandakı Qüds Günü yürüşünün ərəb mediasında əks-sədası

Ərəb mediası İranda keçirilən möhtəşəm Qüds Günü yürüşü ilə bağlı xəbərləri işıqlandırıblar.

Bu il də öttən illər kimi bütün İranda Ümumdünya Qüds Günü yürüşlərinin möhtəşəm keçirilməsi beynəlxalq mediaların diqqətini özünə cəlb edibdir. 

Əl-Məyadin telekanalı İran yürüşlərini işıqlandıraraq, bildirib ki, Tehrandan başqa, İranın digər şəhər və kəndlərində 900 məntəqə Qüds Günü yürüşlərinə şahidlik edir. 

Bu reportajda deyilir ki, bu gün səhər saatlarından etibarən İran İslam Respublikasında xalqın geniş iştirakı ilə “Biz əhdə sadiqik, ey Qüds” şüarı ilə Ümumdünya Qüds Günü yürüşləri başlayıb. Beynəlxalq Qüds Günü yürüşlərinin iştirakçıları ölkənin müxtəlif şəhər və kəndlərində məscidlərən və əsas meydanlaran  cümə namazı qılınan yerə qədər yürüş edirlər. 

İranın şərqindəki müqəddəs Məşhəd şəhərinin, eləcə də Tehranın sakinləri bu gün səhər saatlarından etibarən Ümumdünya Qüds Gününü qeyd etmək üçün yürüşlər keçirirlər, deyə Əl-Məyadinin reportajında əlavə olunub. 

Yəmənin Əl-Məsirə kanalı da İran xalqının ölkə boyu bu yürüşlərdə iştirak etdiyini vurğulayıb.

İraqın Əl-Əhd kanalı da bir video yayımlayaraq, İran xalqının məzlum Fələstin xalqına geniş dəstəyini nümayiş etdirib. 

Fələstin Əl-Youm xəbər kanalı da İranda Ümumdünya Qüds Günü ilə bağlı proqramların başladığını qeyd edib.

Kanal vurğulayıb ki, milyonlarla iranlı Ümumdünya Qüds Günü yürüşlərində iştirak edir.