Qüds Günü yürüşünün yekun qətnaməsi; ABŞ-ın istənilən düşmənçilik hərəkətinə qəti cavab veriləcək
Qüds Günü yürüşünün yekun qətnaməsi; ABŞ-ın istənilən düşmənçilik hərəkətinə qəti cavab veriləcək Ümumdünya Qüds Günü yürüşünün iştirakçıları ABŞ-ın İrana qarşı istənilən düşmən hərəkəti qarşısında qətiyyətlə dayanmağın və Fələstin xalqına dəstəyin vacibliyini vurğulayıblar.
Tehranda Qüds Günü yürüşünün sonunda bir qətnamə qiraət olunub və onda yürüşün xalq gücünün və sosial kapitalın yenidən istehsalı meydanı kimi əhəmiyyəti vurğulanıb.Yekun qətnamədə Ümumdünya Qüds Günü yürüşü “Qüds günü zəfər günü” həqiqətinin tərcüməsi, sionizmə qarşı qlobal mübarizədə yaxınlaşma nöqtəsi, hegemon sistemin mexanizmlərinin ifşası kimi dəyərləndirilib.Yürüş iştirakçıları Fələstin məsələsini İslam dünyasının əsas məsələsi və “İslam müqaviməti diskursu” ilə qlobal kapitalist sisteminin hegemonçu layihələri arasında tarixi qarşıdurmanın mərkəz nöqtəsi hesab ediblər.Onlar sionist rejimin cinayətlərini qınayaraq, beynəlxalq ictimaiyyəti bu insanlığa qarşı cinayətləri dayandırmaq üçün təcili tədbirlər görməyə və sionist rejimin başçılarını mühakimə etməyə çağırıblar.Bu qətnamədə uğurlu Əl-Əqsa Tufanı və ondan sonrakı "Doğru Vəd-1" və "Doğru Vəd-2" qəhrəmancasına əməliyyatlarını bölgədə güc balansının dəyişməsinin və müqavimətin təsbit edilməsinin əsas amili hesab ediliblər.Həmçinin, region dövlətlərinə xəbərdarlıq edilib ki, Ukrayna təcrübəsi göstərdi ki, ABŞ və onun Qərb tərəfdaşları öz müttəfiqlərindən istifadə etdikdən sonra onları qaçılmaz taleyinə buraxacaqlar.Yürüş iştirakçıları İslam dövlətlərinin sionist rejimin cinayətləri və Amerika və İngiltərənin Yəmənə qarşı hərbi hücumları qarşısında susqunluğunu pisləyərək, bu cinayətlərə son qoymağın vacibliyini vurğulayıblar".Onlar, həmçinin bildiriblər ki, ABŞ tərəfindən istənilən düşmənçilik hərəkəti İran millətinin qəti və sarsıdıcı cavabı ilə qarşılaşacaq və düşmənlər bilməlidirlər ki, onların təhdidlərinin heç bir nəticəsi olmayacaq.