Mart 31, 2025 12:44 Asia/Baku
  • Amerika pislik edərsə, möhkəm cavab alacaq

İslam İnqilabının Ali Rəhbəri səadətli Fitr bayramı namazının qılınmasından sonrakı xütbələrdə bildiriblər ki: Əgər Amerika və sionist rejim tərəfindən pislik edilərsə, onlar mütləq şəkildə möhkəm cavab zərbəsi alacaqlar.

Bütün İranda səadətli Fitr bayramı namazının möhtəşəm qılınması ilə bir zamanda, minlərlə insan bu gün səhər Fitr bayramı namazını İslam İnqilabının Ali Rəhbərinin imaməti ilə Tehrandakı İmam Xomeyni(r.ə.) adına müsəllada qılıb.

Səadətli Fitr bayramı ilə yanaşı, Novruz bayramını, eləcə də bir aprel- İran İslam Respublikası gününü təbrik edən İnqilab Rəhbəri belə qeyd ediblər: Ramazan ayı tövhidi bir fenomendir. Yəni bu ay ürəkləri və insanları Allah-Taalaya yaxınlaşdırır. Ramazan ayı Allaha yaxınlaşma meydanıdır. Mənəvi həyatın yenilənməsi vədəsidir. Yəni, Allah-Taala Ramazan ayı orucluğu ilə/ mənə və sizə bir fürsət veribdir ki, bir il ərzində öz ürəyimizi təmizləmək üçün tam bir ay bu fürsətə malik olmuş olaq.

O həzrət deyiblər: Xalq Ramazan ayının sonuncu cüməsində möhtəşəm hərəkət etdi. İran xalqının bu əzəmətli toplantısından dünya xalqlarına bir çox mətləblər əks etdirildi.

İnqilab Rəhbəri sonra buyurublar: İran xalqı və digər xalqlar Ramazan ayının şirinliklərini daddılar. Lakin bu Ramazan ayının acılığı da İslam dünyasının bütün oructutanlarının ağzının dadını acı etdi və o, qanlı Qəzzə, Livan və Fələstin hadisələri idi.

O həzrət əlavə ediblər: Qərblilərin etdikləri siyasi ifadələrdə daim eşidibsiniz ki, proksi qüvvələrdən söz açırlar. Regionun qeyrətli gəncləri və şücaətli xalqlarını proksi olmaqda ittiham edirlər. Mən demək istəyirəm ki, bu regionda yalnız bir proksi qüvvə vardır ki, o da pozğun və qəsbkar sionist rejimdir.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə vurğulayıblar: Sionist rejim müstəmləkəçilərin tərəfindən müharibə törədir, soyqırım törədir, cinayət törədir və əli çatanda, başqa ölkələrə təcavüz edir. Necə ki, bu gün Suriyaya təcavüz etməkdədir. Dünya müharibəsindən sonra bu regionu bu formaya salan kəslərin fonunda hazırda sionist rejim onların tərəfindən/ onların işlərini davam etdirib, təkmilləşdirir.

Amerikanın himayəsilə şəxsiyyətlərin terror  edilmələri, sionistlərin rəvac tapmış işləridir- deyən İnqilab Rəhbəri vurğulayıblar: Bu cinayətkar dəstənin kökü Fələstindən kəsilməlidir. Allah-Taalanın köməkliyi ilə kökü kəsiləcəkdir də. Bu iş uğrunda səy göstərmək, bir borcdur.

İnqilab Rəhbəri əlavə ediblər: Əgər onlar ölkə daxilində fitnə törətmək fikrində olarlarsa, onların cavablarını keçmişdə olduğu kimi İran xalqının özü verəcək.

İnqilab Rəhbəri sonda buyurublar: Hamı bilsin ki, bizim mövqeyimiz, elə əvvəlki mövqedir. Amerika ilə sionist rejimin düşmənçilikləri də elə olduğu kimi qalır. Hədələyirlər ki, pislik edəcəklər, amma, əgər pislik edilərsə, mütləq şəkildə möhkəm cavab zərbəsi alacaqlar.