İİR və BƏƏ xarici işlər nazirləri telefonla danışıblar
İran və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri region sülhü və sabitliyinin qorunmasına kömək və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətindəki məşvərətlərin davam etdirilməsinə təkid ediblər.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zaid Ali-Nəhyanla telefon söhbətində öncə xarici həmkarının Fitr bayramını təbrik edib. Tərəflər sonra ikitərəfli münasibətlərin vəziyyəti, həmçinin regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Əmirliklərin Amerikanın mesajının İrana ötürülməsi istiqamətindəki addımına görə təşəkkür edən İraqçı, qəbul edilmiş son qərar və addımlar və qarşıda duran yol barədə əmirliklərdən olan həmkarını məlumatlandırıb.
İran və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri region sülhü və sabitliyinin qorunmasına kömək və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətindəki məşvərətlərin davam etdirilməsini vurğulayıblar.