Mart 31, 2025 17:30 Asia/Baku
  • ABŞ İrana qarşı hər bir hərəkəti onun nəticələri ilə yanaşı qəbul etməlidir

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir mesajda bildiribdir ki, bir ölkə başçısı tərəfindən İranın bombalanmaqla birbaşa şəkildə hədələnməsi, beynəlxalq sülh və təhlükəsizliyin əsası və siması ilə daban-dabana ziddir. Zorakılıq- zorakılıq, sülh isə sülh gətirər. Birləşmiş Ştatlar onları, təsir və nəticələri ilə seçə bilər.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi virtual mühitdə yazıb: Bir ölkə başçısı tərəfindən İranın bombalanmaqla birbaşa şəkildə hədələnməsi, beynəlxalq sülh və təhlükəsizliyin əsası və siması ilə aşkar surətdə təzad təşkil edir.

Belə bir təhdid, BMT Nizamnaməsinin biabırçı şəkildə pozulması və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mühafizə rejiminə təpik vurmaq deməkdir.

Zorakılıq- zorakılıq, sülh isə sülh gətirər.  Birləşmiş Ştatlar onları, təsir və nəticələri ilə seçə bilər

Donald Tramp bazar günü “NBC Nyus” telekanalı ilə telefon müsahibəsində demişdi ki: Əgər İran razılaşmazsa, bombardman ediləcək- tayını heç vaxt görmədikləri bir bombardman.