Apr 07, 2025 16:42 Asia/Baku
  • İranın cavabı sürətli və hərtərəfli olacaq

Bəqayi: Təhdidlər reallaşacağı təqdirdə, hər kəs İranın sürətli, dərhal və hərtərəfli cavabı ilə üzləşəcək

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik mətbuat konfransında bildirib: “İran İslam Respublikası istənilən ssenariyə hazırdır. Ötən beş onillik ərzində həm dövlət, həm də xalq kifayət qədər müdafiə qabiliyyətlərini gücləndirmişdir ki, hər hansı bir təcavüz və ya hücum qarşısında tam əzm və özünəinamla dayanmağı bacarsın.” “İran İslam Respublikasını təhdid edənlər bilməlidirlər ki, əgər bu təhdidlər həyata keçirilərsə, İranın cavabı sürətli, dərhal və hərtərəfli olacaqdır.”