İran Sanda üzrə Dünya Kubokunda 3 qızıl medal qazandı
https://azeri.sahartv.ir/news/İran-i419698-İran_sanda_üzrə_dünya_kubokunda_3_qızıl_medal_qazandı
İran təmsilçiləri Sanda üzrə 10-cu Dünya Kubokunda üç qızıl medal qazanıblar.
(last modified 2025-04-09T08:19:47+00:00 )
Apr 09, 2025 12:19 Asia/Baku
  • İran Sanda üzrə Dünya Kubokunda 3 qızıl medal qazandı

İran təmsilçiləri Sanda üzrə 10-cu Dünya Kubokunda üç qızıl medal qazanıblar.

Aprelin 7-dən Çinin Jiangyin şəhərində uşu-sanda üzrə dünya kubokuna start verilib.Bu gün bu turnirin üçüncü və sonuncu günündə iranlı idmançı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəhrbanu Mənsurian tunisli rəqibi Rimel Xəlifiyə qalib gələrək, qızıl medal və çempionluq titulunu qazanıb.İranın yeganə kişi təmsilçisi Moin Təqəvi 90 kiloqram çəki dərəcəsində qazaxıstanlı rəqibini məğlub edərək, çempion olub.Bundan əvvəl çərşənbə axşamı İranın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın idmançısı xanım Siddiqə Dəryayi qızıl medal qazanmışdı.