Apr 12, 2025 17:06 Asia/Baku
  • Bəqayi: Almaniyanın İranla bağlı mövqeyi müdaxiləçi və ikiüzlüdür

İran İR XİN sözçüsü Almaniya Xarici İşlər Nazirliyinin İranla bağlı son mövqeyini kəskin şəkildə pisləyib və bunu müdaxiləçi və ikiüzlü adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Almaniyanın İraqın keçmiş rejiminin kimyəvi silah proqramının inkişafında fəal iştirakına toxunaraq, bunu bu ölkənin insan hüquqları məsələsində mənəvi etibarının olmamasının sübutu kimi dəyərləndirib.

Bəqayi Almaniyaya tövsiyə edib ki, əgər insan haqları və ədalətlə bağlı iddialarında dürüstdürlərsə, İranın Almaniya şirkətləri və rəsmilərinin Səddam rejiminin kimyəvi silahlarla silahlandırılmasında rolu barədə həqiqəti üzə çıxarmaq üçün birgə faktaraşdırma mexanizminin işə salınması təklifi ilə razılaşsınlar.

O, Almaniya və bir sıra digər hökumətlərin İnsan Haqları Şurasında İran əleyhinə qətnamə təqdim etməsini seçici yanaşma və insan hüquqları ilə bağlı ikili standartlara uyğun hərəkət kimi qiymətləndirib.