Bəqai: Danışıqlardan yeganə məqsəd İranın milli maraqlarını təmin etməkdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran İslam Respublikasının məqsədi bəllidir və o da, İranın milli maraqlarını təmin etməkdir. Biz diplomatiyaya real və səmimi şans veririk ki, dialoq vasitəsilə nüvə məsələsini və sanksiyaların aradan qaldırılmasını qabağa apara bilək".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Omanda İran və ABŞ arasında dolayı danışıqlarla bağlı deyib: "İran və ABŞ arasında dolayı danışıqlar Oman vaxtı ilə təxminən saat 15:20-də doktor Əraqçi və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkofun başçılığı və Oman xarici işlər nazirinin vasitəçiliyi ilə başlayıb".
O, qeyd edib ki, danışıqlardan əvvəl cənab Əraqçi Omanın xarici işlər naziri ilə görüş keçirib. Bu görüş zamanı danışıqların necə aparılacağı və ev sahibi Omanın gözləntiləri müzakirə edilib. İranın fikir və təklifləri paketi Amerika tərəfinə çatdırılması üçün Omanın xarici işlər nazirinə təqdim edilib.
İran Xarici İşlər Nazirinin sözçüsü dolayı danışıqların məqsədlərinə və Röyters kimi mediaların təbliğatına toxunaraq, deyib: "İranın məqsədi bəllidir: Bizim təkcə bir məqsədimiz var və o da, İranın milli maraqlarını təmin etməkdir".
Bəqayi İranın ötən onilliklər ərzində həqiqətən də diplomatiyaya sadiq olduğunu sadiq olduğunu sübut etdiyini vurğulayaraq, deyib: "Nüvə məsələsində, son iki onillikdə bu fakt açıq şəkildə sübut olunub və bu keçmişi hamı bilir".
İran Xarici İşlər Nazirinin sözçüsü qeyd edib ki, bu danışıqlar İslam Respublikasının İran xalqının milli maraqlarına diplomatiya yolu ilə nail olmaq iradəsini nümayiş etdirir və qarşı tərəfin öz qətiyyətini sübut etməsi üçün bir sınaqdır.