Apr 14, 2025 17:48 Asia/Baku
  • Qrossi: Həftə sonu Tehrana gedirəm

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın MAQATE-dəki səfiri Rza Nəcəfinin etimadnaməsini qəbul etdiyinə işarə edərək, həftə sonu Tehrana səfər edəcəyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru X səhifəsində yazıb: "Agentliklə davamlı əlaqə və əməkdaşlıq diplomatik həll yollarına təcili ehtiyac duyulduğu bir vaxtda vacibdir".

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Rafael Qrossinin danışıqlar və məsləhətləşmələr üçün İrana səfərinin planlaşdırıldığını təsdiqləyib.

Bəqayi vurğulayıb ki, bu səfər İranın MAQATE ilə müntəzəm əməkdaşlığının bir hissəsidir