İran və Türkiyə Xarici İşlər Nazirləri arasında telefon danışığı olub
Apr 15, 2025 17:22 Asia/Baku
İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlərdəki son durum, regional məsələlər və Maskatda İranın ABŞ ilə dolayı danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.