İran vətəndaşı Fransada yoxa çıxıb; Fransa isə ört-basdır etməkdə davam edir
https://azeri.sahartv.ir/news/İran-i419851-İran_vətəndaşı_fransada_yoxa_çıxıb_fransa_isə_ört_basdır_etməkdə_davam_edir
Fransada bir ay yarım müddətinə iranlı qadının yoxa çıxması hadisəsi, nəhayət, Paris rəsmilərinin məsələ ilə bağlı susqunluğunu pozduqdan sonra gündəmə gəlib.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Apr 17, 2025 11:04 Asia/Baku
  • İran vətəndaşı Fransada yoxa çıxıb; Fransa isə ört-basdır etməkdə davam edir

Fransada bir ay yarım müddətinə iranlı qadının yoxa çıxması hadisəsi, nəhayət, Paris rəsmilərinin məsələ ilə bağlı susqunluğunu pozduqdan sonra gündəmə gəlib.

35 yaşlı İran vətəndaşı Məhdiyyə Esfəndiarinin yoxa çıxmasından ay yarım sonra Fransa hakimiyyəti onun Lionun mərkəzində həbs olunduğunu elan edib.

Fransa bu İran vətəndaşının həbsinin hüquqi ölçüləri olduğunu iddia edərkən, Paris prokuroru Məhdiyyə Esfəndiari terrora dəstək ittihamı ilə rəsmi olaraq dindirildiyini açıqlayıb! Bu ittiham ifadə azadlığı iddiasında olan bir ölkə üçün biabırçılıqdır, çünki xanım Esfəndiarinin yeganə günahı sosial mediada sionist rejimin cinayətlərini pisləmək və məzlum Fələstin xalqını müdafiə etmək olub. 

İran hakimiyyəti daha əvvəl Parisdən Esfandiarinin həbsinin səbəbləri ilə bağlı izahat tələb etmişdi.

Bəzi Fələstin tərəfdarı fəallar bildiriblər ki, Məhdiyyə Esfandiari Telegram-da “Qəzzədə soyqırım” haqqında mesajlar dərc etdikdən sonra həbs edilib.