Apr 17, 2025 18:48 Asia/Baku

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Ali-Səud yüksək rütbəli heyətin müşayiəti ilə Tehrana gəlib və İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən rəsmi şəkildə qarşılanıb.

Bu görüşdə İran və Səudiyyə Ərəbistanının iki yüksək rütbəli müdafiə rəsmisi arasında regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün müdafiə əlaqələrinin və regional əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin terrorizmlə mübarizə mövzuları müzakirə olunacaq.

Səudiyyə Ərəbistanının müdafiə naziri bu səfər çərçivəsində İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirinin dəvəti ilə Tehrana səfər etmişdi.

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanın səfəri ilə bu ikinci dəfədir ki, Ərəbistanın yüksək səviyyəli müdafiə rəsmisi İrana səfər edir.