Əraqçi: İctimaiyyət qarşısında danışıqlar aparmaq niyyətimiz yoxdur
İran xarici işlər naziri Seyid Abbas Əraqçi vurğulayıb ki, İranın qətiyyən ictimaiyyət qarşısında açıq şəkildə danışıqlar aparmaq niyyəti yoxdur və onun Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransında çıxışı ləğv edilib.
Seyid Abba Əraqçi X sosial media hesabında Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransında çıxışı ilə bağlı bir sira izahat verib və bildirib ki, İranın açıq şəkildə danışıqlar aparmaq niyyəti yoxdur.
O, həmçinin bəzi xüsusi maraq qruplarının danışıqlar aparanları bədnam etmək və diplomatiyanın gedişatını pozmaq cəhdlərinə toxunub.
Əraqçi əlavə edib: "Mən jurnalistlərin sərt suallarına və ya adi vətəndaşların qayğılarına cavab verməyə öyrəşmişəm. lakin çıxışı açıq sual-cavab sessiyasına çevirməyi qəbul etmirəm və bu, danışıqlar prosesinə təsir edə bilər".
Qeyd edək ki, İran xarici İşlər nazirinin nüvə siyasəti konfransında nəzərdə tutulan virtual çıxışı, formatın debata dəyişdirilməsi fonunda ləğv edilib.
Əraqçinin əvvəlcə tədbirdə səsləndirilməsi planlaşdırılan çıxışının tam mətni İranın BMT-dəki missiyası tərəfindən X-də dərc olunub.